• Dr. Aynur Çağlayan-Regenerativ tibb və İnvaziv həkim

Dr. Aynur Çağlayan

Regenerativ tibb, invaziv və ixtisaslaşmış genetik laboratoriya həkimi Aynur Çağlayan karyerasını insanlara gəncləşmə və sağlamlıq, ağrılarına məlhəm olmağa həsr edib. Bakalavr təhsilini Moskva Dövlət Humanitar Universitetinin genetik labarant fakültəsində alıb. Daha sonra ABŞ-da Beynəlxalq Şimal-Qərb Universitetində kök hüceyrə mütəxəssisliyi üzrə təhsil alıb.

Kök hüceyrə- İbn Sinadan gələn yöntəmdir!

Aynur Çağlayan: "Qədim tarixçələrə baxdıqda İbn Sina, Loğman həkimin insanları regenerativ tibblə müalicə etdiklərini görürəm. Xəstəlikləri dərmanla deyil, orqanizmin yenilənməsi metodu ilə müalicə ediblər. Kök hüceyrə həmin keçmişin püxtələşmiş formasıdır. Elmin bizə verdiyi hüceyrə müalicəsi ilə insan orqanizminin regenerasiyasıdır. Əlbəttə burda da bəzən 100% sağalma olmur. Amma yenə də insan hüceyrələrinin yenilənməsi ilə bir çox xəstəliklərin qarşısını almaq və cavanlaşmaq mümkündür. Bu amil mənim marağımı çəkir və işimi sevməyimə səbəbdir. Regenerativ tibbdə qan hüceyrələrindən ilk dəfə İsrail və İngiltərədə istifadə olunub. Göbək kordonundan alınan qan hüceyrəsi insana transplantasiya edilərək gəncləşmə prosesi həyata keçirilib"- deyə bildirir.