• Dr. Aynur Çağlayan-Regenerativ tibb və İnvaziv həkim

Dr. Aynur Çağlayan

 

İştirak etdiyi peşəkar təlimlər

Kök hüceyrə seminar proqramı Ərçiyəz Universiteti

Kök hüceyrə 3D toxuma mühəndisliyi və gen ötürülməsi İstinye Universiteti

Rusiyanın məşhur estetik mütəxəssisi Dr.Sergey Prokudindən Kadavr kursları, lipofilinq üzrə xüsusi dərslər, seminar və vebinarlar

Kök hüceyrə IPSC mədəniyyəti Ankara Elm Universiteti

Beşinci və milli lenfoma "My eloma" konqresi daxilində kök hüceyrə istehsalında yeni texnikalar Türkiyə Elmlər Akademiyası

 

 

Regenerativ tibb, İnvaziv və İxtisaslaşmış genetik laboratoriya həkimi 

Təhsil

2008-2014-ci illər Moskva Dövlət Humanitar Universiteti İxtisaslaşmış laborant həkim

2017-2019-cı illər Beynəlxalq Şimali-Qərb (North West) Universiteti Kök hüceyrə həkimi və gen mühəndisliyi

 

Regenerativ tibb, invaziv və ixtisaslaşmış genetik laboratoriya həkimi Aynur Çağlayan karyerasını insanlara gəncləşmə və sağlamlıq, ağrılarına məlhəm olmağa həsr edib. Bakalavr təhsilini Moskva Dövlət Humanitar Universitetinin genetik labarant fakültəsində alıb. Daha sonra ABŞ-da Beynəlxalq Şimal-Qərb Universitetində kök hüceyrə mütəxəssisliyi üzrə təhsil alıb.

Aynur Çağlayan həkimlikdən əlavə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Qadınlar Şurasının sədridir.

Kök hüceyrə- İbn Sinadan gələn yöntəmdir!

Aynur Çağlayan: "Qədim tarixçələrə baxdıqda İbn Sina, Loğman həkimin insanları regenerativ tibblə müalicə etdiklərini görürəm. Xəstəlikləri dərmanla deyil, orqanizmin yenilənməsi metodu ilə müalicə ediblər. Kök hüceyrə həmin keçmişin püxtələşmiş formasıdır. Elmin bizə verdiyi hüceyrə müalicəsi ilə insan orqanizminin regenerasiyasıdır. Əlbəttə burda da bəzən 100% sağalma olmur. Amma yenə də insan hüceyrələrinin yenilənməsi ilə bir çox xəstəliklərin qarşısını almaq və cavanlaşmaq mümkündür. Bu amil mənim marağımı çəkir və işimi sevməyimə səbəbdir. Regenerativ tibbdə qan hüceyrələrindən ilk dəfə İsrail və İngiltərədə istifadə olunub. Göbək kordonundan alınan qan hüceyrəsi insana transplantasiya edilərək gəncləşmə prosesi həyata keçirilib"- deyə bildirir.