• Dr. Aynur Çağlayan-Regenerativ tibb və İnvaziv həkim
img

Kök Hüceyrə

Tibbdə yeni sahədir. Bu müalicənin məqsədi bədənimizdə olan cavan hüceyrələr ilə gəncləşmədir. Regenerativ sahə olduğundan bir çox çarəsiz xəstəlikləri müalicə edir.

İlk dəfə 35 il əvvəl, 1981-ci ildə bir qrup tədqiqatçı siçan embrionundan kök hüceyrələr çıxarmağın mümkünlüyünü kəşf edib. Bu illər ərzində kök hüceyrə araşdırmalarında xeyli irəliləyiş əldə olunsa da, bunları daha yaxşı başa düşmək və yeni müalicələrin yaradılmasında və insanın normativ inkişafında istifadə etmək üçün daha çox araşdırmaya ehtiyac var.

Hansı xəstəlikləri müalicə edir?

- Üz gəncləşmə

- Oynaq xəstəlikləri( diz artrozu, bel, menisk yırtığı)

- Onurğa xəstəlikləri

- Sağalmayan yanıq və çapıq izləri

- Saç tökülməsi

- Bağ zədələnmələri

- Revmatoid artriti

- İmpigement sindromu

- 10 yaş cavanlaşma/antiaging/rejuvenation

- Boyun/ Dekolte ve əllərin cavanlaşması

- Diabetik ayaq yaraları

Kök hüceyrələrin fərqi hansılardır?

Onları digər hüceyrələrdən fərqləndirən başlıca 3 xüsusiyyəti var:

1. Uzunmüddət çoxala bilir

2. İxtisaslaşmış deyil

3. Hər növ hüceyrədə ixtisaslaşa bilir.