• Dr. Aynur Çağlayan-Regenerativ tibb və İnvaziv həkim
img

Kök hüceyrə və PRP arasındakı fərqlər

Bu dəfə sizinlə "Kök Hüceyrə müalicəsi və PRP" arasındakı fərqlər haqqında danışmaq istərdim. Əminəm ki, bir çox oxucum bu iki üsul arasındakı fərqləri bilmək istəyir.

Bu səbəbdən mövzu ilə bağlı uzun və ətraflı  yazının lazım olduğunu düşündüm.

Kök hüceyrə müalicəsi bütün dünyada yeni qapılar açan və ən əsası regenerasiya təmin edən müalicə üsuludur. Digər müalicələrdən fərqi, bədənimizi tamamilə bərpa etmək potensialına sahib olmasıdır.

Amma indi gözlərimizi başqa bir dövrə açırıq- Bərpaedici Tibb Əsrinə!

Şəkərli diabetdə kök hüceyrə ilə insulin istehsal edən hüceyrələr əldə edə bilirsiniz və bununla insan birinci dərəcəli diabetdən xilas ola bilir. İnsanın ömür boyu öz hüceyrələri hesabına insulindən istifadə etməkdən qurtulma ehtimalı, üstəlik yan təsirsiz, daha nə olsun?

Xəstələr qurban olmasın...

Əlbəttə ki, yuxarıda yazdığım 2 sətir qədər asan deyil heçnə. Yeni pankreas hüceyrələrinin ölməsinin qarşısını almaq üçün müxtəlif genetik dəyişikliklərə ehtiyac var, amma mütləq ki bir yolu var. Dünyada bu yolla sağ qalan xəstələr var.

Bu mənada cəmiyyətin kifayət qədər məlumatlanması çox vacibdir. Çünki regenerativ müalicələrin geniş yayılması üçün xəstələr tərəfindən tələb olunmalıdır. Onda doğru xəstələr bu fürsətləri doğru zamanda əldə edə bilərlər.

PRP və Kök Hüceyrə eyni  müalicə deyillər!

Başqa bir vacib məsələ kök hüceyrə müalicəsi aldığını düşünən bir çox xəstənin əslində PRP adlı "laxtalanma hüceyrələri ilə zəngin plazma" müalicə alır.

Oxşar dezinformasiyalar da düzəldilməlidir. Plazmaliftinq kök hüceyrə deyil!

Plazmaliftinq hüceyrələri qığırdaq hüceyrələrinə, şəkər istehsal edən pankreas hüceyrələrinə çevrilə bilməz və hətta özlərini çoxalda bilməzlər. Bu hüceyrələrin əhəmiyyəti 500-dən çox hüceyrə yetişdirən hormondan ibarət olmasıdır. Normal şəraitdə bu hüceyrələr bu hormonları ifraz etməz, ancaq toxuma zədələnməsi halında onları ətraf mühitə ifraz edər və kömək olarlar, ancaq ölü hüceyrələrə çevrilə bilməzlər.

Ancaq kök hüceyrələr həm özünü çoxalda bilir, həm də fərqli toxuma hüceyrələrinə çevrilə bilirlər. Qığırdaq, ürək, böyrək, qaraciyər, sinir, beyin hüceyrələri kimi çox xüsusi hüceyrələrdən bəhs edirəm. Bədəndəki hər toxuma, orqanı bərpa etmək və yeniləmək qabiliyyətinə malikdir.

Hansı xəstəliklərdə istifadə edilə bilər?

- Eklem tutulmaları, ağrı və yaralanmalar

- Revmatizm

- Bel-boyun disk yırtığı/zədələnməsi

- Otoimmün xəstəliklər

- Xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH)

- Diabet

- Böyrək problemləri

- Skleroz

- Nevropatiya

- Parkinson xəstəliyi

- Refleks simpatik distrofiya

- Onurğa beyni zədəsi

- Yaşlanma əleyhinə və kosmetik məqsədlər üçün

Kök Hüceyrə müalicəsinin gələcəyi 

Kök hüceyrə müalicəsi çoxşaxəli müalicə üsuludur. Bu mənada dünyada tətbiq olunan kök hüceyrə müalicələri var və artan sürətlə inkişaf edir.

Kök hüceyrə müalicəsi müasir tibbdə ən təsirli sahələrdən biridir. Sehrli bir şey olmadığını qeyd etmək lazımdır. Bu cür məsələlərdə ixtisaslaşmış bir həkimə müraciət etməyinizi şiddətlə tövsiyə edirəm.