• Dr. Aynur Çağlayan-Regenerativ tibb və İnvaziv həkim
img

Mezenximal kök hüceyrə

Mezenximal kök hüceyrələr (mezenximal stromal hüceyrələr) yetkinlərdə rast gəlinən kök hüceyrələrdir və göbək ciyəsindən, sümük iliyindən, yağ toxumasından əldə edilir. Tədqiqatlar göstərir ki, mezenximal stromal hüceyrələr müvafiq toxuma hüceyrəsində fərqlənə bilərlər. Bu hüceyrələrin ən vacib xüsusiyyəti zədələnmiş toxuma keçib onu sağaltmasıdır. 

Bu kök hüceyrələr qığırdaq, sümük, əzələ hüceyrələri və yağ hüceyrələri kimi mezodermal hüceyrələrə ayrılır.

Bu növ kök hüceyrələr qarın yağından alınır. Bu həm gəncləşmə, həm də müalicə məqsədi ilə istifadə olunur. Üz iflici, səyirməsinin müalicəsində çox uyğundur.

Mezenximal kök hüceyrələr hər mühitdə fərqliləşir. Məsələn, ağciyər, mədə və sümük toxumasında fərqli görünə bilər. Bunun səbəbi onlarda olan fərqli quruluşdur. 

Mezenximal kök hüceyrə nə vaxt kəşf edilib?

1924-ci ildə yarı rus, yarı amerikalı alim Aleksandr Maximov fərqliləşən hüceyrə kəşf edib və adını mezenximal kök hüceyrə adlandırıb. 1960-cı ildə Ernest McCulloch və James Till bu hüceyrələri daha geniş və dərindən araşdırıb. 70-ci illərə qədər davam edən araşdırma işləri indiki dövrdə olan məlumatların mənbəyidir.

Üzə necə tətbiq edilir?

Mezenximal kök hüceyrə sizi 10-15 yaş gəncləşdirir. Protokola əsasən, kök hüceyrə inyeksiya olunandan  3-6 ay sonra yumşaq toxumalarda dəyişiklik olur. Bəzi immun sistemi güclü olan insanlarda 20 günə də sağalma olur. Botoks kimi 6 aydan sonra yenidən 50 yaşa qayıtmırsız. Əlbəttə, üzə qulluq və dediyimiz terapiyaları etsəz qalıcılığı uzunmüddətlidir. Əgər qulluq etməsəz 5-7 il ərzində sizi cavan görüntüdə saxlayacaq. Biz 30-45 yaşlılara bir seans, 40-55 iki seans, 50 yaşdan çox olanlara isə üç seans məsləhət görürük.