• Dr. Aynur Çağlayan-Regenerativ tibb və İnvaziv həkim
img

Ozonoterapiya

Ozon kəskin iyli qazdır. O, oksigenin aktiv forması olub, təbii şəraitdə ultrabənövşəyi şüaların və elektrik gərginliyinin təsiri ilə yaranır. Onun molekulu üç oksigen atomundan təşkil olunduğundan bir sərbəst kimyəvi əlaqəyə malikdir. Bu da ona canlı hüceyrələrə birləşməyə və aktiv oksidləşmə qabiliyyətinə malik olmağa imkan verir.

Ozonoterapiya termini ilk dəfə Almaniyada 100 il əvvəl işlədilməyə başlanmışdır. 20-ci əsrin əvvəllərində vərəm, anemiya, pnevmoniyanın müalicəsində istifadə edilmişdir. Yeni təcrübələr sübut edir ki, birbaşa kontakt nəticəsində ozon bakteriyalara, viruslara, hepatit və VİÇ virusuna öldürücü təsir edə bilir.

Son 15 ildə ozonoterapiya mütəxəssislər tərəfindən aktiv öyrənilir. ABŞ, Avropanın 1 sıra ölkələri, o cümlədən İtaliya, Almaniya, İspaniyada tətbiq edilir.

Ozondan hansı xəstəliklərin müalicəsində istifadə edilir?

Mədə-bağırsaq-traktı xəstəlikləri (qastrit, xolesistit, xora xəstəliyi);

Virus hepatiti; Herpes infeksiyası; Şəkərli diabetin fəsadları;

Qan dövranı pozğunluqları; Yanıqlar, trofik xoralar; 

Dəri xəstəliklərindən psoriaz, müxtəlif dermatozlar, dəmrov, göbələk xəstəlikləri, herpes, keçəllik zamanı, sellülit;

Ozon antibiotikləri əvəz edir, kosmetologiyada, stomatologiyada stomatit, gingivit, parodontozun müalicəsində müvəffəqiyyətlə işlədilir;

Dərinin cavanlaşdırılması üçün keçirilən tədbirlər kompleksinə daxil edilir;

Digər müalicə növləri ilə yanaşı aparılan ozonoterapiya müalicənin effektini artırır. Yerli və ümumi üsulla aparılır. Yüksək konsentrasiyada dezinfeksiya üçün, orta konsentrasiyada ağrını və iltihabı götürmək, kiçik dozada yaranı sağaltmaq üçün işlədilir.

Ozonoterapiyanın metodları

Xəstəlikdən asılı olaraq, ozonoterapiyanın müxtəlif metodlarından istifadə edilir. Əsasən, ozonlaşdırılmış fizioloji məhlulun vena daxilinə yeridilməsi metodu geniş istifadə olunur. Müalicə məqsədi ilə böyük və kiçik ozonohemoterapiyadan da istifadə edilir.

Bundan əlavə, ozon-oksigen qarışığını dərialtı, əzələdaxili, rektal, vaginal, oynaqdaxili və oynaqətrafı, ozon kameraları şəklində dəriüstü (bağlı mühitdə qazlaşdırma) materialları (distillə edilmiş su, bitki yağı) ozonlaşdırmaqla xaricə və daxilə istifadə etmək olar. 

Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə fərdi olaraq (çəkidən, yaşdan, xəstəliyin dövründən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası təyin olunur. Hər bir müalicə metodunda olduğu kimi, ozonoterapiyanın da göstəriş və əks göstərişləri var. Plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.