• Dr. Aynur Çağlayan-Regenerativ tibb və İnvaziv həkim
img

Plazmaliftinq

Orqanizmin təbii yolla cavanlaşmasına yönəldilmiş kosmetoloji prosedurdur. Onun digər adı PRP terapiyadır. Bu prosedur dəridaxili aparılır.

Plazmaliftinq necə icra olunur?

Prosedur pasiyentin öz qanından istifadə olunmaqla həyata keçirilir. Bu məqsədlə götürülən 45-60 ml venoz qan sentrifuqaya göndərilir. Trombositlə zəngin plazma ayrılır və dəriyə yeridilir. Nəticədə qırışlar aradan qalxır, dəri tonuslanır, onun parlaqlığı, təravəti geri qayıdır. Həmçinin akne və piqment ləkələr azalır. Prosedur ağrısız olduğundan anesteziyaya ehtiyac qalmır. Orta hesabla 1 saat davam edir. Effektin uzunmüddətli olması üçün müalicə kurs şəklində aparılır. Orta hesabla 7-10 günlük intervalla 3-5 prosedur tələb olunur. Ümumiyyətlə, prosedurların sayı fərdi qaydada təyin edilir.

Plazmaliftinq proseduruna göstərişlər:

- dəri problemləri;

- üzün solğun görünüşü;

- kiçik qırışlar, piqment və durğunluq ləkələri;

-  keçəllik.

Keçəllik zamanı 1-2 həftə fasilə verməklə, prosedur 3-4 dəfə təkrarlanır. Nəticədə tük follikulları stimulə olunur, saçların tökülməsi azalır, yeniləri çıxır.

Adətən iynələr aşağıdakı hissələrə vurulur:

üz – dərini cavanlaşdırır, qüsurları örtür. Dərinin dartılması üçün yalnız gözətrafına plazma yeritmək olar.

boyun – qırışlar azalır, dəri nəmlənir, üz ovalı aydın nəzərə çarpır.

dekolte zonası – dərinin tonusunu artırır, parlaqlıq verir. Eritemaya bənzər səpkiləri aradan qaldırır.

baş dərisi – saçların vəziyyətini yaxşılaşdırır, keçəlləşmə ilə mübarizə aparır.

Plazmaliftinq inyeksiyalarının nəticəsi

Prosedurdan dərhal sonra nəticə hiss olunur. Bu liftinq proseduru olmasa da, inyeksiyalar sayəsində dərinin tonusu artır. Trixologiyada tətbiq edildikdə 3 aylıq kursdan sonra saçların tökülməsi dayanır, uzanması bərpa olunur. Trombositar plazmanın aktiv hissəcikləri regenerasiya prosesini sürətləndirir, kollegenin aktivliyini yüksəldir. Prosedurun effektivliyini artırmaq üçün plazmanı vitaminlər, biopeptidlərlə zənginləşdirmək olar.

Əgər xroniki xəstəliyiniz və ya mütəmadi şəkildə qəbul etdiyiniz hər hansı dərman vasitəsi varsa, bu barədə mütləq həkimi məlumatlandırın.