• Dr. Aynur Çağlayan-Regenerativ tibb və İnvaziv həkim
img

Otoloq Fibroblast

Gənclik iksiri deyilən bu növ xüsusən gəncləşmədə, dəri problemlərində, yanıqlarda, sızanaq problemləri olan insanlarda, hətta dəri yaralarında istifadə olunan kök hüceyrə metodlarından biridir. Bunun üçün qulağın arxasından bir parça dəri qrefti götürülür və laboratoriya şəraitində çoxaldılıb xəstənin üzünə yeridilir. Təkcə qulaq arxası deyil, qolaltı və qasıq hissəsindən də 2/1 ölçüsündə biyopsiya alınaraq əlavə edilir.

Bu hüceyrələr dərinin yenidən təravətli görünməsini təmin edir. Qocalan dəri kollagen, maye, hüceyrələrini itirir. Hüceyrə itkisinə görə dərinin nəmliyi aşağı düşür. Maye azaldığına görə də dəri parıltısı yox olur və o, yavaş-yavaş sallanmağa başlayır. Bu zaman fibroblastik kök hüceyrə metodu köməyə çatır və sizi 10-15 yaş cavanlaşdırır.

Təsiri üzdə nə vaxt görünməyə başlayır?

Əsasən 2 seansdan sonra təsiri görünməyə başlayır. Son nəticə 3-6 aydan sonra üzdə tam hiss olunur. Qalıcıllığı isə 5-6 il davam edir.