• Dr. Aynur Çağlayan-Regenerativ tibb və İnvaziv həkim

Saç tökülmələri bir çox insanın qorxulu yuxusuna çevrilib. Androgen saç tökülməsi zamanı kök hüceyrənin müstəsna xidməti var. Burada istifadə olunan mezenximal kök hüceyrədir və qarın yağından adipoz toxumadan və sümük iliyindən alınır. Genetik saç tökülmə adətən, kişilərdə olur. İrsi yolla gələn prosesdir. Əsasən, 20-li yaşlardan sonra seyrəkləşmə və tökülmə başlayır. İkinci dərəcəli tökülməyə hormon dəyişikliyi, qanda dəmir, follikasit çatışmazlığı, testesteron dəyişikliyi səbəb olur. Əsasən androgen saç tökülmələrində ocaqvari allopesiya dediyimiz saç tökülməsi olur. Buna da androgen hormonunda esteragenin azalması və testesteronun həddindən artıq çox və ya az olması səbəb olur. Sinir sistemi xəstəlikləri zamanı da saç tökülməsi baş verir. Allopesiyanin inkişafı xırda, çoxsaylı dazlıq ocaqları ilə başlaya bilir ki, sonradan ocaqlar böyüyüb, birləşə də bilər. Proses başın tüklü hissəsi, çənə, saqqal nahiyyəsində, kiprik, qaşlarda belə başlaya bilir. Belə proseslər başladığı zaman kök hüceyrə müalicəsi tətbiq edilsə, geridönmə şansı 50/100% olur. Bu terapiya saç tökülməsi ilə mübarizə aparmaqla yanaşı saçın keyfiyyətini və toxumasını da yaxşılaşdırır. Kök hüceyrə müalicəsinin heç bir yan təsiri yoxdur və tamamilə təhlükəsizdir.

1 saat 30 dəqiqə çəkən prosedurda xəstənin qarnından liposaksiya yolu ilə qarın piyi əldə edilir və xüsusi filtrlərdən keçirilir. Hər bir xəstə üçün bir dəfə istifadə edilən bu filtirlərdəki piydən tamamilə saf kök hüceyrələr əldə edilir. Alınan kök hüceyrələr xəstənin oynaqlarına inyeksiya edilir. Prosedurdan sonra ilk ayda xəstənin oynaq ağrıları tamamilə aradan qalxır. 8-10 ay içində isə oynaqlarda olan qığırdaq yeyilməsi kök hüceyrələr vasitəsi ilə yenilənir və yeni qığırdaqlar əmələ gəlir. Bu üsulla xəstələr Endoprotez (süni oynaq əməliyyatından azad olurlar). Diz , bud-çanaq, çiyin- ümumiyyətlə, oynaq artrozlarından əziyyət çəkən xəstələr üçün bu metod həyat işığıdır.

Oynaq xəstəliyi çox sferalıdır. MRT müayinəsindən sonra nəticəyə uyğun müalicə seçilir. Biz artroz, koksartroz, nekroz, oynaqlarda maye yığılması, bağ yırtıqlarını müalicə edirik. Əgər bu xəstəliklərdə ilk mərhələdirsə, 70-80 % sağalma ehtimalı var. 3-cü dərəcədə qismən, 4-də isə ancaq endoprotez məsləhət görürük. Çünki artıq oynaqlar funksiyasın itirib. Lakin bəzi xəstələr ayaqları 4-cü dərəcə olsa da yanaşı gedən ürək, böyrək çatışmazlığı, şəkər xəstəliyi olduğuna görə əməliyyat əks göstəriş olur. Biz də kök hüceyrəni düzəlmə üçün yox, xəstəliyin daha da pisləşməməsi üçün edirik. Bir sözlə, 4-cü dərəcə artroz kök hüceyrə ilə tam müalicə edilə bilməz. Əksini iddia etmək absurd olar. Lakin 3-cü dərəcəyə qədər olan oynaq xəstəliklərində effektivdir.

Botoksdakı kimi qırışlar 6 aydan sonra yenidən qayıtmır! Müəyyən bir yaşdan sonra cildimiz yaşlanır. Əvvəlki nəmliyi, təravəti, qırışsız dərini axtarırıq. Kök hüceyrə ilə bir çox gəncləşdirici proseduralar etmək mümkündür. Əlbəttə, kök hüceyrədən əvvəl müxtəlif mezoterapiyalar, plazmaliftinq, botoks müalicəsi vardır. Bunların hamısının müvəqqəti olduğu bir az sonra əvvəlki görünüşə qayıtdığını hamı bilir. Amma kök hüceyrə bunların irəlisinə keçdi. Düzdür, müəyyən yaşdan sonra botoks mütləq lazımdır və bunları kök hüceyrədən əvvəl etməyi məsləhət görürəm. Lakin tiroid, diabet xəstələrində, immun sistemi aşağı olanlarda botoks əks göstərişdir. Buna görə də kök hüceyrə bu proseduralardan daha təhlükəsizdir. Kök hüceyrəni gənclik iksiri adlandıra bilərik. Elə ilk olaraq buna xidmət etmək üçün yarandığına görə üz üçün imtina edilməz nemətdir. Hal-hazırda 2 növ kök hüceyrə müalicəsi edirik: mezenximal və fibroblast kök hüceyrələri.

Kök hüceyrə çıxmazdan əvvəl yanıq və çapıqların müalicəsində dəri transplantasiyasından istifadə edilirdi. Bu da həmişə istənilən nəticəni vermirdi. Bəzi hissələr uğurlu olsa da bəzilərində dəri yenini qəbul etmirdi. İndi isə yanıq və ya hansısa əməliyyatdan qalan çapıqların götürülməsində kök hüceyrə müalicəsi edirik. Xoşagəlməz görüntünü aradan qaldırırıq. Necə icra olunur? Kobudlaşmış dəri nano fraksionla təmizlənir. Əgər yağ və əzələ kütləsi itirilibsə, həmin hissəyə lokal piy yeridilir. Nano piylər əldə edilərək xəstənin əzələ altından əzələ və dərinin arasındakı təbəqəyə yeridilir. Mezenximal kök hüceyrələr həmin köçürülən piy nahiyəsinə yeridilir ki, damarlanma və əzələ qatının yaranmasına kömək olsun. Fibroblast kök hüceyrə dəri toxumasının üzərinə pabula şəklində yeridilib terfo örtüyü ilə bağlanır. Həmin təbəqə yeni yarandığı üçün 2 aya yaxın qulluq edilməsi şərtdir. Əgər yara dərin deyilsə, 6 aya normal dəri olur. Yox yara dərindirsə, 6 ay sonra həmin nahiyəni yenidən işləyirik.

Hər gördüyümüz yağ toxuması deyildir. Əvvəllər bütün yağ toxumalarına kök hüceyrə deyirdilər. Lakin bunlar mezenximal kök hüceyrə sayılmaz. Onlar sadəcə kök hüceyrələrdir. Köçürülə bilsələr də təsiri bir ildən artıq deyil. Burdakı hüceyrə sayı minlərlə olur və milyonlara çıxmır. Mütləq şəkildə ən vacib nüans laboratoriyada emal olunmasıdır. Bu prosedur 3 cür olur : fresh, enzimatik, nano piy kök hüceyrələr.

Kök hüceyrələrin bu inanılmaz xüsusiyyətləri ilk dəfə 35 il əvvəl, 1981-ci ildə bir qrup tədqiqatçı siçan embrionundan kök hüceyrələrin çıxarılmasının mümkünlüyünü kəşf edib. Bu 35 ildə kök hüceyrə araşdırmalarında xeyli irəliləyiş əldə olunsa da bunları daha yaxşı başa düşmək, həmçinin yeni müalicələrin yaradılmasında və insanın normativ inkişafında istifadə etmək üçün daha çox araşdırmaya ehtiyac var.